Cümhur İttifaqı açıqladı: Oğan nazir olacaqmı?

DÜNYA bölməsi

14:29 - 25 May 2023

 Cümhur İttifaqı açıqladı: Oğan nazir olacaqmı?

Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Cümhur İttifaqının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edən ATA İttifaqının prezidentliyə sabiq namizədi Sinan Oğanın qarşılığında nazir kürsüsü alacağı iddia edilib.

Yenipress.az xəbər verir ki, bununla bağlı Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri və Cümhur İttifaqının ortağı Mustafa Destici açıqlama verib.

O bildirib ki, bizim ittifaqımız bazarlıq ittifaqı deyil:

“Bu səbəbdən indiyə qədər nə vitse-prezident, nə də nazirliklərlə bağlı heç bir şey gündəmə gəlməyib. İttifaq olaraq yeganə hədəfimiz seçkilərdə qalib gəlməkdir. Seçkiləri qazandıqdan sonra prezidentimiz bizi dəvət edəcək və fikirlərimizi alacaq. Prezidentimiz öz düşüncələrini, biz də öz fikirlərimizi ifadə edəcəyik. Türkiyə və millətimiz üçün ən yaxşısı nə varsa, onu edəcəyik”.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər