Tiflisdə benzin Bakıdan ucuzdur

İQTİSADİYYAT bölməsi

13:45 - 25 May 2023

 Tiflisdə benzin Bakıdan ucuzdur

Tiflisdə “Premium 95” markalı benzin 2.44-2.69 lari arası dəyişir, yəni 1.62 manatla 1.78 manat arası. Ən yüksək, yəni 1.78 manat qiymət SOCAR-dadır.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Hazırda Tiflisdə olan ekspert Gürcüstanda “Premium” benzininin Azərbaycandan ucuz olmasından təəssüfləndiyini bildirib:

“Hökumət deyir ki, Aİ-95 benzininin qiymətini biz tənzimləmirik, bazar tənzimləyir. Bazar tənzimləyirsə, niyə Tiflisdə 1,62 manata, Bakıda 2 manatadır?”

Ekspert benzin satışının inhisardan çıxarılması gərəkdiyini, bu halda “Premium”un da ucuzlaşacağını vurğulayıb.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər