Bu iş və istirahət günlərinin yerləri dəyişdirildi

TOPLUM bölməsi

12:04 - 25 May 2023

 Bu iş və istirahət günlərinin yerləri dəyişdirildi

Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib.

Yenipress.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 26 İyun – Silahlı Qüvvələr Günüdür. İyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Həmin günlər bayram olduğu üçün qeyri-iş günü hesab edilir.

Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olacaq.

Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.

Xəbər xətti