Mayın 21-i axşam saatlarında Təbrizin Vəliəsr bölgəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə yüksəlib.
Yenipress.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan valiliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Məhəmməd Baqir Hünərbər məlumat verib.
Məlumata görə, yaralılarln sayı 7 olub.
O, hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, partlayışın səbəblərinin məlum olmadığını, araşdırmaların davam etdiyini deyib.