İsrailin Azərbaycan ərazisindən İrana hücumuna icazə verməyəcəyik

SİYASƏT bölməsi

11:51 - 25 May 2023

 İsrailin Azərbaycan ərazisindən İrana hücumuna icazə verməyəcəyik

Azərbaycan başqa ölkələrin münaqişələrinə qarışmır. Ona görə də İsrailin İrana Azərbaycan ərazisindən hücum etməsinə icazə verməyəcək.

Yenipress.az Haqqın.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailin “Kanal 12” televiziyasına müsahibəsində deyib.

“Bizim İranla münasibətlərimiz çox təəssüf ki, aşağı səviyyədədir. Dünyəvi dövlət olaraq biz beynəlxalq münasibətlərə dini fanatizmin yeridilməsinin qəti əleyhinəyik”, - Rzayev bildirib.

Fariz Rzayev Azərbaycanın Türkiyə ilə İsrail arasında münasibətlərin bərpasında fəal iştirak etdiyini vurğulayıb:

“Hər iki ölkə bizim köhnə və yaxşı dostumuzdur. Dostlarımız arasında fikir ayrılığı olanda, onların ortaq dil tapması üçün hər şeyi etmişik”.

Yenipress.az

Xəbər xətti