Rəisidən riskli addım: İran ekoloji fəlakətlə üz-üzə

DÜNYA bölməsi

11:24 - 25 May 2023

 Rəisidən riskli addım: İran ekoloji fəlakətlə üz-üzə

İran Prezidenti İbrahim Rəisi hökumətin 7-ci inkişaf planından “layihələrin ekoloji qiymətləndirilməsini” çıxarmaqla ölkəni ekoloji fəlakət təhlükəsi ilə üz-üzə qoyub.

Yenipress.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, inkişaf proqramının prioritet məsələlərində "Metropolislərin ekologiyası və çirklənməsi" kimi bir bölmə görünsə də, dərc edilən sonuncu qanun layihəsində ətraf mühit məsələsi 7-ci inkişaf planından tamamilə çıxarılıb:

“Hazırda İranda parlament tərəfindən təsdiqlənən və sənayeləri ekoloji qiymətləndirmə aparmağa məcbur edən heç bir qanun yoxdur. Əgər bu məsələ 7-ci inkişaf planına salınmasa, layihələr dəyərləndirilməsə, ölkənin ekologiyası üçün böyük fəlakət baş verəcək”.

Xəbər xətti