Britaniya Xameneiyə bağlı olan İslam Mərkəzini bağladı

DÜNYA bölməsi

10:42 - 25 May 2023

 Britaniya Xameneiyə bağlı olan İslam Mərkəzini bağladı

İranın ali dini lideri Əli Xameneinin ofisinə bağlı Londondakı Britaniya İslam Mərkəzinin fəaliyyəti dayandırılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Məlumata görə, İngiltərə İslam Mərkəzinin nümayəndələri mayın 24-də mərkəzin giriş qapısına lövhə asaraq mərkəzin fəaliyyətinin dayandırılmasının xüsusi halla bağlı olduğunu yazıb.

Böyük Britaniya daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Tom Tugenhut mərkəzin bağlanmasını alqışlayıb.

Bundan əvvəl mayın 9-da isə Böyük Britaniya Xeyriyyə Komissiyası İranın ali dini lideri Əli Xameneiyə bağlı "İslam Mərkəzi"nin məsullarını işdən çıxarmışdı.

Xeyriyyə Komissiyası İslam Mərkəzinin məsullarını qanuni vəzifə və öhdəlikləri yerinə yetirməməkdə və xeyriyyə fondunun aktivlərini qorumamaqda ittiham edib.

Qeyd edək ki, İranda etiraz aksiyaları keçirildiyi vaxt Britaniyada yaşayan iranlılar mərkəzin binası qarşısında qurumun bağlanması tələbi ilə aksiyalar keçirmişdilər.

Xəbər xətti