Seçilsəm, Azərbaycan ilk səfər edəcəyim ölkələrdən olacaq - Kılıçdaroğlu

DÜNYA bölməsi

09:36 - 25 May 2023

 Seçilsəm, Azərbaycan ilk səfər edəcəyim ölkələrdən olacaq - Kılıçdaroğlu

CHP sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlu prezident seçilərsə, ilk səfər edəcəyi ölkələrin adlarını açıqlayıb.

Yenipress.az xəbər verir ki, o bu barədə “BaBala TV” yutub kanalında yayımlanan “Mevzular Açık Mikrofon” layihəsində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, prezident seçilərsə, dövlət ənənələrinə uyğun olaraq ilk Şimali Kiprə, daha sonra isə Azərbaycana səfər edəcək.

O qeyd edib ki, Azərbaycanla olan münasibətlər heç bir partiya tərəfindən fərqli düşünülə bilməz.

Xəbər xətti