İsrail ordusu qaçqın düşərgəsinə hücum etdi

DÜNYA bölməsi

09:29 - 25 May 2023

 İsrail ordusu qaçqın düşərgəsinə hücum etdi

İsrail ordusu İordan çayının qərb sahilindəki Yerixon şəhərinin cənubunda yerləşən Akbat-Caber düşərgəsinə bir neçə istiqamətdən hücum edib.

Yenipress.az xəbər verir ki, bu barədə VAFA agentliyi məlumat yayıb.

Məlumata görə, qüvvələr 30-a yaxın evə basqın edib.

Atışma nəticəsində on fələstinli əsasən ayaqlarından güllə yarası alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Həmçinin, israillilər tərəfindən 12 nəfər həbs edilib.

Yenipress.az

Xəbər xətti