Azərbaycanlı müğənni 49 yaşında dünyasını dəyişdi

MAQAZİN bölməsi

23:35 - 24 May 2023

 Azərbaycanlı müğənni 49 yaşında dünyasını dəyişdi

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Ruslan Pirverdiyev dünyasını dəyişib.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Şəkər xəstəliyindən əziyyət çəkən müğənninin ötən gün vəziyyətinin qəfil ağırlaşdığı və vəfat etdiyi bildirilir.

Qeyd edək ki, R.Pirverdiyev 1974-cü ildə Xaçmaz rayonunda dünyaya göz açıb. Bir müddət Azərbaycanda fəaliyyət göstərdikdən sonra Dərbənd şəhərinə köçüb, karyerasını teatrda aktyor və müğənni olaraq davam edib. Göstərdiyi fəaliyyətə görə o, Dağıstanın əməkdar artisti adına layiq görülüb.

Xəbər xətti