İcbari sığorta qanuna ziddir - Ekspert

İQTİSADİYYAT bölməsi

23:21 - 24 May 2023

 İcbari sığorta qanuna ziddir - Ekspert

Əmlakin icbarı sığortası məntiqsiz, hətta hüquqa zidd yanaşmadır. Biz əmlakımızı sığortalanmaqda özümüz maraqlı olmalıyıq, bu məcburi/icbari ola bilməz.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, icbarı sığorta kənar şəxsə dəyə biləcək zərərə görə ola bilər, məsələn, avtomobillərin icbarı sığortası zərər vurduğun avtomobilin zərərini qarşılayır:

“Ev-mənzil sığortası belə deyil. Sən öz mənzilini, məsələn, subasmadan sığortalayırsan, sən suyu açıq qoyursan, öz mənzilinə ziyan dəyir, sığorta bunu qarşılayır, amma sənin alt qonşuna da ziyan dəyir, onu sığorta qarşılamır, sən qonşuluq ədəb-ərkanına uyğun ona dəyən zərəri ödəməyə çalışırsan. Yəni, burada icbarı sığorta məntiqi işləmir. Əmlakın icbari sığortası haqqında qanun-qayda hüquqa ziddir, buna görə cərimə tədbiqi də absurddur.

Ölkədə elə bir iqtisadi aktivlik, qazanc imkanları, sığorta bazarına güvən olmalıdır ki, hər bir vətəndaş özü, könüllü olaraq əmlakını sığortalasın, burada məcburiyyət ola bilməz”.

Xəbər xətti


Digər xəbərlər