İranda yoxsulluq səviyyəsi artdı

DÜNYA bölməsi

22:15 - 24 May 2023

 İranda yoxsulluq səviyyəsi artdı

Son 10 ildə İranda yoxsulluq şiddətli şəkildə artıb və bu, artıq cəmiyyətin yalnız bir təbəqəsini əhatə etmir.

Yenipress.az xəbər verir ki, bu barədə İran Parlamentinin tədqiqatlar mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, orta təbəqə də zəifləyib. Onlar kirayə qiymətlərinin kəskin artması, yaxud səhiyyə xərclərindən irəli gələn problemlərə görə yoxsulluq həddinin altına düşürlər.

"Son illərdə yoxsulluq həddində olan əhalinin sayı artaraq əhalinin üçdə birini əhatə edib. Orta təbəqənin də vəziyyəti yaxşı deyil. Onlar kiçik iqtisadi şokla yoxsullaşa bilərlər",- tədqiqatlar mərkəzi qeyd edib.

Xəbər xətti