İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində silahlı qarşıdurma olub.
Yenipress.az xəbər verir ki, bu barədə SEPAH-ın “Qüds” bazasının kəşfiyyat və əməliyyat bölmələri ilə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşlarının birgə bəyanatında qeyd edilib.
Bəyanatda hökumət qüvvələrinin bir silahlı şəxsi həbs etdiyi, iki silahlının isə öldürüldüyü və onlara məxsus silah-sursatın ələ keçirildiyi bildirilir.
SEPAH həbs edilən və öldürülənlərin ölkədə terror aktı həyata keçirməyi planlaşdırdıqlarını iddia edib.