Arnault bir gündə milyardlarla dollar itirdi

DÜNYA bölməsi

13:28 - 24 May 2023

 Arnault bir gündə milyardlarla dollar itirdi

LVMH-nin (Louis Vuitton) qurucusu, dünyanın ən varlı adamı Bernard Arnault səhmlərinin çökməsi səbəbindən bir gündə 11,2 milyard dollar sərvətini itirib.

Yenipress.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, LVMH səhmləri zəifləyən ABŞ iqtisadiyyatının dəbdəbəli mallara tələbi azaldacağı ilə bağlı qorxular səbəbindən 5% dəyər itirib. Fransız milyarderin sərvəti 191 milyard dolları ötüb. İndi isə onun ən varlılar siyahısında ikinci yeri tutan İlon Maskdan üstünlüyü 11,4 milyard dollar azalıb.

Yenipress.az

Xəbər xətti