İranda daha 8 etirazçı edam edilə bilər

DÜNYA bölməsi

12:54 - 24 May 2023

 İranda daha 8 etirazçı edam edilə bilər

Ötən ilin sentyabr ayından İranda ümumxalq etiraz aksiyalarında fəal iştirak edənlərin ədalətsiz mühakimə olunaraq edam cəzalarının verilməsi halları artıb.

Yenipress.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatı bəyanat yayıb.

Bəyanatda Məhəmməd Qubadlu adlı etirazçının edam hökmünün İran Ali Məhkəməsində təsdiq edildiyi bildirilib.

Bununla yanaşı, bəyanatda daha 7 etirazçının da barəsində edamla nəticələnəcək ittihamların irəli sürüldüyü qeyd edilib.

Etirazçılardan məcburi etiraf almaq üçün onlar qamçılanıb, elektrik şok verilib, ölümlə hədələnib və cinsi zorakılığa məruz qalıblar, - bəyanatda bildirilib.

Xəbər xətti