Xuzistan ərəblərinin tanınmış fəalı və keçmiş siyasi məhbus Abdullah Səbzin Türkiyədən İrana təhvil verilə bilər.
Yenipress.az xəbər verir ki, bu barədə Xuzistan ərəblərinin xaricdə yaşayan media fəalları və bir neçə xarici mətbu orqanları məlumat yayıb.
Məlumatda bildirilib ki, ərəb fəal Türkiyənin Ədirnə şəhərində həbs edilib, tezliklə İrana geri qaytarılmaq təhlükəsi var.
Qeyd edək ki, Abdullah Səbz bundan əvvəl İranda "hökumət əleyhinə təbliğat" və "şiəlikdən imtina edərək sünniliyi qəbul etməsi" ittihamına görə 8 il həbsdə qalıb. Onun İrana qaytarılacağı təqdirdə edam ediləcəyi ehtimalının yüksək olduğu bildirilir.