Gədəbəydə xidmət edən əsgər faciəvi şəkildə öldü - Rəsmi

TOPLUM bölməsi

10:23 - 24 May 2023

 Gədəbəydə xidmət edən əsgər faciəvi şəkildə öldü - Rəsmi

09:34

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Yenipress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Qeyd edək ki, Unikal.az Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən Bakı şəhər sakini 20 yaşlı Davud Məmmədlinin postda olan zaman ildırım vurması nəticəsində vəfat etdiyi haqda məlumat yaymışdı.

Xəbər xətti


Digər xəbərlər