Rəqsanə qızının boşanmasından danışdı: Döyülüb, söyülüb...

MAQAZİN bölməsi

11:57 - 23 May 2023

 Rəqsanə qızının boşanmasından danışdı: Döyülüb, söyülüb...

Müğənni Rəqsanə İsmayılova qızı Aysunun boşanmasından danışıb.

Yenipress.az xəbər verir ki, o sosial şəbəkə hesabında canlı yayım açaraq, keçmiş kürəkəni Eşqinin boşanma səbəbi ilə bağlı verdiyi açıqlamasına reaksiya verib.

O, qızı Aysunun başına gələnlərdən danışıb:

“Eşqin Aysuna əl də qaldırılıb, söyüş də söyüb. Aysunun yaşadıqlarını heç bir insan yaşaya bilməzdi. Yenə də o susub, dözüb, əiləsini tutub. Aysun birinci davalarından sonra da ailəsini seçdi, dedi ki, ana, mən Eşqinə ikinci dəfə şans verirəm, barışdılar. Mən dəfələrlə Eşqini qabağıma qoydum, danışdım, başa saldım...”

Qeyd edək ki, Aysun və Eşqin 2022-ci ilin iyununda ailə həyatı qurmuşdular. Onlar 2023-cü ilin may ayında rəsmi şəkildə boşanıblar.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər