Kamran Əliyev Murad Dadaşovu mükafatlandırdı

MAQAZİN bölməsi

17:10 - 22 Fevral 2022

 Kamran Əliyev Murad Dadaşovu mükafatlandırdı

Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov Azərbaycanın baş prokuroru Kamran Əliyev tərəfindən mükafata layiq görülüb.

Yenipress.az xəbər verir ki, Murad Dadaşov bu haqda İnstaqram hesabında yazıb.

"Bü gün Xəzər Media Mərkəzinə “Prokurorluğun dostu” mükafatının təntənəli təqdimat mərasimində iştirak etmək üçün Baş Prokurorluğunda qonaq idik. Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevdən şəxsən bu mükafatı qəbul etmək xüsusi ilə xoş oldu. Son zamanlar Baş Prokurorluğla media əməkdaşlığımız geniş və çox konstruktiv formatda inkişaf edib. Çoxsaylı süjetlər, xüsusi layihələr, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar və müəyyən istiqamətlərdə birgə fəaliyyətimiz var. Mükafata görə Baş Prokurorluğun rəhbərliyinə, əməkdaşlarına həm də bizim layihələrimiz üzərində çalışan media əməkdaşlarına təşəkkürümü bildirirəm. Ölkəmiz və cəmiyyətimiz üçün xeyirli olsun!".

Xəbər xətti