Rəsmi statstikada 12-22% azalma – Ekspert hökumətdən tələb etdi

İQTİSADİYYAT bölməsi

21:14 - 18 May 2023

 Rəsmi statstikada 12-22% azalma – Ekspert hökumətdən tələb etdi

2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% azalma deməkdir. Hesabat dövründə yazlıq buğda səpini 3310.4 hektarda aparılıb ki, bu da 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 20.4% azalma deməkdir. Qeyd edək ki, cari ilin ilk 4 ayında kartof əkin sahələri 7.1%, tərəvəz əkin sahələri 7.9%, bostan əkin sahələri isə 22.4% azalıb.

Yenipress.az xəbər verir ki, bu rəsmi statistikaya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli ərzaq təhlükəsizliyinin ciddi narahatlıq doğurduğunu vurğulayıb.

“Bəs nə oldu işğaldan azad edilən regionların kənd təsərrüfatına dəstəyinin olacağı vədləri?! Bu azalmanın səbəbi nədir, nə baş verir, bunu izah etmək hökumətin borcudur. Neft-qaz qiymətləri bir az artan kimi arxayınlıq, özlərindən razılıq, problemləri görməzdən gəlmək kimi xasiyyətləri yenə qabarıb”, - ekspert qeyd edib.

Xəbər xətti