Türkiyəli məşhur müğənni azərbaycanlı jurnalistlərdən üzr istədi - Video

MAQAZİN bölməsi

14:57 - 22 Fevral 2022

 Türkiyəli məşhur müğənni azərbaycanlı jurnalistlərdən üzr istədi - Video

Türkiyəli məşhur müğənni Fərhad Göçər Bakıda olub.

Yenipress.az xəbər verir ki, Xəzər TV-də yayımlanan “Şourum” proqramında şəhərin dəbdəbəli məkanlarından birində konserti olan sənətçinin əvvəl yerli mətbuata müsahibə verəcəyi bildirilib.

Lakin müğənni jurnalistlərə görünmədən səhnəyə çıxaraq konsert verib. Bundan sonra Göçərin musiqili proqramı yekunlaşıb.

Səhnədən texnikalar çıxarılıb. Hətta zibillər belə atılıb. Dörd saatdan sonra o, jurnalistlərə müsahibə vermək qərarına gəlib. Yerli kanalların mikrofonuna danışan Göçər media əməkdaşlarından üzr istəyib.

Qeyd edək ki, ifaçının konsert biletləri 200-600 AZN aralığında olub.

Daha ətraflı süjetdə:

Xəbər xətti