Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlandı

KRİMİNAL bölməsi

09:27 - 17 May 2023

 Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlandı

Bakının Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Yenipress.az APA-a istinadən xəbər verir ki, hadisə metronun Nəsimi stansiyasının ətrafında baş verib.

1993-cü il təvəllüdlü Qasımov Xalid Şahin oğlu dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Xəbər xətti