Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkir

MAQAZİN bölməsi

14:45 - 22 Fevral 2022

 Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkir

Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.

Yenipress.az xəbər verir ki, bu barədə muğam ifaçısı İnstaqramda paylaşım edib.

O, Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın dediyi “Ms xəstəsi olmaq o deməkdir ki, bu gün yaxşı, sabah pis, növbəti gün isə yaxşı olub, insanları təəccübləndirirsən” sözlərini paylaşıb.

Sənətçi paylaşımına “İnşallah ms-in də çarəsi tapılar” sözlərini əlavə edib.

Qeyd edək ki, Dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.

Xəbər xətti