Mübariz Tağıyevin "Xatirə"sinə yeni nəfəs verildi - Video

MAQAZİN bölməsi

16:42 - 15 May 2023

 Mübariz Tağıyevin

Mübariz Tağıyevin "Xatirə" mahnısına yeni nəfəs verilib.

Yenipress.az xəbər verir ki, bəstə DJ Asiman tərəfindən remiks olunaraq, dinləyicilərin ixtiyarına verilib.

Artıq bir neçə gündür sosial platformalara yerləşdirilən musiqi geniş auditoriya yığmağı bacarıb.

Qeyd edək ki, “Xatirə” əsərinin musiqi və notları Abbas Soltanoğluya məxsusdur.

Remiksin müəllif hüquqları Mikpro LLC tərəfindən qorunur.

Xatırladaq ki, bu, DJ-in ilk işi deyil. Asimanın bundan əvvəl remiks etdiyi "Bayatı Şiraz" ölkəmizdə trendə çevrilmişdi.

Xəbər xətti