Kamil Gülaydan danışdı: Hara gedirəmsə, bu sualı verirlər - Video

MAQAZİN bölməsi

14:00 - 22 Fevral 2022

 Kamil Gülaydan danışdı: Hara gedirəmsə, bu sualı verirlər - Video

Gülay hər şeyin yerini bilən sənətkar xanımdır. O bu gün sevilir. Hara gedirəmsə, deyirlər, Gülay xanım necədir? Bu da mənə xoşdur.

Yenipress.az xəbər verir ki, bu sözləri Gülay Zeynallının həyat yoldaşı Kamil Zeynallı “Günün sədası” verilişində deyib.

"Məşhur ola bilərsən, amma hər kəs tərəfindən sevilə bilməzsən. Az yaşından öz ayağı üstündə durmağı bacarıb. Onun üçün də fəxrdir ki, onun yanında mənim kimi kişi var”, - o deyib.

Kamil qızına qoyduqları qadağadan da söz açıb:

“Artıq qızım böyüyür. Onun məktəbi var. Onun tanınmağını istəmirik. Neçə vaxtdır onu sosial şəbəkədə paylaşmıram. Artıq efirlərə çıxartmayacağıq”.

Gülay da fikirlərini açıqlayıb: “Xoşbəxt insanam ki, uşağımın atası Kamildir. Çünki Kamil övladına bağlı atadır. Qız uşağı mütləq atadan qorxmalıdır. Şükür edirəm ki, qızım ağıllı və tərbiyəlidir. İndi onunla şəkil çəkdirmək istəyəndə, deyir ki, istəmirəm. Biz də onun istəyinə hörmətlə yanaşırıq”.

Xəbər xətti