Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü

KRİMİNAL bölməsi

13:38 - 13 May 2023

 Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü

Latviyada azərbaycanlı tələbə Mircavad Mirvardər oğlu Həşimli müəmmalı şəkildə vəfat edib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu ölkədə ali təhsilini davam etdirən 22 yaşlı M.Həşimlinin ailəsi onun Latviyada göldə boğulduğu bildirilib. Bu gün M.Həşimlinin cənazəsi Azərbaycana gətirilərək dəfn edilib.

Yaxınlarının verdiyi məlumata görə, Mircavad Həşimli hadisədən əvvəl anası ilə danışıb və daha sonra yaşadığı evi tərk edib. Bir neçə saat sonra onun suda boğulması barədə məlumat gəlib. Ailəsi Mircavadın telefonunun onun boğulduğu deyilən ərazidən təxminən 5 kilometr uzaq məsafədən tapıldığını deyib.

Bildirilir ki, ziyalı ailəsindən olan və bir neçə xarici dil bilən Mircavad Həşimli ali təhsilini ADA Universitetində fransız dilində alıb. O, daha sonra təhsilini davam etdirmək üçün Latviyaya gedib.

Xəbər xətti