Şok: Azərbaycanda artım 0,4%, Ermənistanda 12,2% oldu

İQTİSADİYYAT bölməsi

22:00 - 12 May 2023

 Şok: Azərbaycanda artım 0,4%, Ermənistanda 12,2% oldu

Cənubi Qafqaz Respublikalarının 1-ci rüblə bağlı makro-iqtisadi göstəriciləri açıqlanıb: Azərbaycanda ÜDM cəmi 0,4%, Gürcüstanda ÜDM 7,1%, Ermənistanda 12,2% artıb.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Azərbaycanda iqtisadi aktivlik tendensiyası da ürəkaçan deyil – 2023-cü ilin yanvar-aprel aylarını götürsək, Azərbaycan iqtisadiyyatının artım tempi 0,4%-dən 0,1%-ə düşüb.

Ekspertin sözlərinə görə, Ermənistan və Gürcüstanda iqtisadiyyatın artımı daha çox Rusiya ilə, oradan qaçan insanların xərcləri, Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyalarından dəlinməsində iştirakla bağlıdır:

“Amma tendensiya təhlükəlidir – Azərbaycan iqtisadi artım tempini itirib, impuls itib, deməli, artıq köhnə iqtisadi-siyasi model tükənib, yenisinin təsisi artıq qaçılmaz olub. Bu gedişlə Azərbaycanın neft-qaz sektoru ölkənin artan xərclərini ödəməz olacaq”.

Xəbər xətti