Nazir: Rəsmi əmək müqavilələrinin sayı 361 mini ötdü

GÜNDƏM bölməsi

13:23 - 12 May 2023

 Nazir: Rəsmi əmək müqavilələrinin sayı 361 mini ötdü

2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 361 mindən çox artıb.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında məlumat yayıb.

Nazir qeyd edib ki, sözügedən müddət ərzində qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 313 mindən çox artıb:

“Beləliklə demək olar ki, dövlət sektorundakı bu göstərici ilə bərabərləşib. Bu isə qanuni əmək münasibətlərində sosial hüquqların təminatı, əmək bazarında şəffaflaşma, məşğulluğun təşviqi kimi üstünlüklər yaradır”.

Yenipress.az

Xəbər xətti