Sərhəddə vəziyyət gərginləşdi: daha 2 erməni yaralandı

GÜNDƏM bölməsi

10:55 - 12 May 2023

 Sərhəddə vəziyyət gərginləşdi: daha 2 erməni yaralandı

Ermənistan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində sərhəddə yenidən vəziyyətin gərginləşdiyini iddia edib.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, nazirlik daha 2 erməni əsgərin yaralandığını açıqlayıb.

Qeyd edək ki, 10 mayda erməni təxribatına Ordumuzun endirdiyi cavab zərbələri nəticəsində 4 erməni əsgərin yaralandığı bildirilmişdi.

Erməni təxribatı nəticəsində isə Ordumuz bir şəhid verib, bir əsgərimiz isə başından ağır yaralanıb (snayperlə).

Xəbər xətti