Əsgərimizin “girdiyi” erməni zavodunda xaos yaşanır: Paşinyanın arvadı…

GÜNDƏM bölməsi

08:42 - 12 May 2023

 Əsgərimizin “girdiyi” erməni zavodunda xaos yaşanır: Paşinyanın arvadı…

Ermənistanda Zəngəzur mis-molibden zavodu (ZPMK) ətrafında qalmaqal böyüyür.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr bildirir ki, Zəngəzur mis-molibden zavodu təkcə Nikol Paşinyan hökumətinə deyil, həm də onun həyat yoldaşı Anna Akopyana fayda verir:

“Xatırladaq ki, sözügedən zavod “sırf xoş niyyətlə” öz səhmlərinin 21,9 faizini hökumətə verib”.

Qəzetin yazdığına görə, ZPMK Anna Akopyanın “Mənim addımım” fonduna 27 milyon dram, təxminən, 70 min dollar köçürüb.

Qeyd edilir ki, ZPMK Ermənistanda 1 nömrəli vergi ödəyicisi olsa da, 2023-cü ilin birinci rübündə yerini “Qazprom Ermənistan”a verib. “Qazprom”, təxminən, 20 milyard, ZPMK isə 15 milyard vergi verib.

“2022-ci ilin eyni dövründə ZPMK 35 milyard dram vergi ödəyib. Bu onu göstərir ki, zavodun işləri pis gedir, lakin onlar Anna Akopyanın fonduna külli miqdarda pul köçürməyə davam edirlər”, – “Hraparak” yazıb.

Xatırladaq ki, Zəngəzur mis-molibden zavodu (ZPMK) bir müddət əvvəl Ermənistanda əsir götürülən azərbaycanlı əsgərlərlə bağlı məsələdə gündəmə gəlmişdi. Belə ki, İrəvan dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundovu məhz Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin qətlində ittiham edir.

Xəbər xətti