20 il əvvəl bacısını öldürüb, həyətdə basdıran şəxs tutuldu

KRİMİNAL bölməsi

12:47 - 11 May 2023

 20 il əvvəl bacısını öldürüb, həyətdə basdıran şəxs tutuldu

Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb.

Bu barədə Yenipress.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respubliksının (MR) DİN və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonunun Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

E.Tarverdiyev tutularaq istintaq təhvil verilib.

"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir", - məlumatda qeyd olunub.

Xəbər xətti