Qarabağda fəlakət yaşanır - Foto

GÜNDƏM bölməsi

10:31 - 10 May 2023

 Qarabağda fəlakət yaşanır - Foto

Separatçı rejimin dağıdıcı siyasəti ilə Sərsəng su anbarı fonunda Qarabağda ekoloji fəlakət yaşanır.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni mediasının yaydığı məlumatlardan görmək olur.

Bildirilir ki, Qarabağda elektrik enerjisinin təmin edilməsi üçün Sərsəngdə tikilmiş SES-dən istifadə edilir, bu da anbarın boşalmasına səbəb olur.

"Əgər bu da tükənərsə, “artsaxlılar” (Qarabağdakı ermənilər nəzərdə tutulur -red.) yaşayış üçün lazım olan şəraitində məhrum olacaqlar”, – məlumatda deyib.

Mövcud vəziyyəti göz önündə tutsaq, belə nəticəyə gələ bilərik ki, separatçılar işğal dövründə Qarabağda həyata keçirdikləri məhvetmə əməliyyatının yeni mərhələsinə başlayıblar. Artıq ilk əməliyyat “uğurla” yekunlaşmaq üzrədir: Sərsəng məhv edilir.

Əgər Qarabağdakı ermənilər separatçıların əsirliyindən çıxıb, Azərbaycan yurisdiksiyasını qəbul etməsələr, Xankəndi daha ciddi məhvetmə əməliyyatlarına və ağır həyat şərtlərinə məhkum olacaqlar.

Xəbər xətti