Azərbaycanda yeni əskinaslar buraxılacaq? - Mərkəzi Bank açıqladı

İQTİSADİYYAT bölməsi

14:26 - 3 May 2023

 Azərbaycanda yeni əskinaslar buraxılacaq? - Mərkəzi Bank açıqladı

Azərbaycanda yeni əskinaslar buraxmağa ehtiyac yoxdur.

Yenipress.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Aqşin Vəliyev uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda ən iri nominallı əskinas 500 manatdır.

"Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş 500 manat nominallı əskinaslar məhdud sayda buraxılmışdı və daha yüksək nominallı yeni əskinasların buraxılacağı gözlənilmir", - deyə o əlavə edib.

Xəbər xətti