Rusiya Hüseyn və Samirəni qara siyahıya saldı

MAQAZİN bölməsi

11:38 - 1 May 2023

 Rusiya Hüseyn və Samirəni qara siyahıya saldı

Rusiya hüquq-mühafizə orqanları tanınmış blogerlər Hüseyn Həsənov və Samirə Mustafayevanın vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakına görə yoxlayacaq.

Yenipress.az xəbər verir  ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Məlumata görə,  onlarla yanaşı, “qara siyahı"ya rusiyalı blogerlər İnstasamka, Yeqor Krid, Oksana Samoylova, Dina Saeva, Viktoriya Bonya və başqaları da daxildir.

Qeyd olunub ki, blogerlər vergi borcunu ödəsələr, siyahıdan çıxarıla bilərlər.

Xəbər xətti


Digər xəbərlər