Xəyanət xəbərlərindən sonra əl-ələ görüntüləndilər - Foto

MAQAZİN bölməsi

15:42 - 28 Aprel 2023

 Xəyanət xəbərlərindən sonra əl-ələ görüntüləndilər - Foto

Xəyanət xəbərləri ilə gündəmdə olan məşhur cütlük - aktyor Kadir Doğulu və aktrisa Neslihan Atagül əl-ələ görüntüləniblər.

Son zamanlar özəl həyatları ilə dillərdən düşməyən 41 yaşlı aktyorla həyat yoldaşı, 30 yaşlı aktrisa yayılan xəbərlərdən sonra ilk dəfə Kadıköydə görüntüləniblər.

Cütlüyün bu səmimi hərəkəti evliliklərində heç bir böhranın olmadığını ortaya çıxarıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Alaçatıdakı restoranların birində sərxoş halda bir xanımla səmimi görüntülənən aktyorun uzun müddətdir baş hərfi “S” olan qadınla yaşadığı, hətta onunla kəbin kəsdirdiyi də bildirilirdi. Daha sonra həmin şəxsin futbolçu Oktay Derelioğlunun eks-xanımı Sezer Çakır olduğu iddiası sosial mediada geniş müzakirə olundu. Mövzu ilə bağlı açıqlama verən Çakır, Doğulunun çox əziz dostu olduğunu bildirib.

K. Doğulu da barəsində olan ittihamlarla bağlı “həmin gün o qadından başqa 80 nəfərlə danışdım. Mənim Neslihandan başqa imam nikahlı həyat yoldaşım yoxdur” deyib. 

Bütün bunlardan xəbəri olduğu iddia edilən Neslihan isə ərinin həmin qadınla səs-küylü mühitdə normal söhbət etdiklərini deyərək xəyanət iddialarına əhəmiyyət vermədiyini qeyd edib.

Xatırladaq ki, Kadir Doğulu və Neslihan Atagül 7 ildir ki, evlidir. Onlar sonuncu dəfə “Gecenin ucunda” serialında baş rolu oynayıblar.

Xəbər xətti


Digər xəbərlər