Vardanyan üzə çıxdı: Əgər ruslar Laçın yolunu açmasa…

GÜNDƏM bölməsi

22:00 - 26 Aprel 2023

 Vardanyan üzə çıxdı: Əgər ruslar Laçın yolunu açmasa…

Azərbaycan DSX-nin Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi qurmasından sonra Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına sığınmış, 112 gün separatçılara “dövlət nazirliyi” edən Ruben Vardanyan üzə çıxıb.

Yenipress.az xəbər verir ki, uzun müddətdir gizlənməyə üstünlük verən Vardanyan hazırkı vəziyyətlə bağlı rus sülhməramlı kontingentinə məlumat verildiyini bildirib.

O qeyd edib ki, görüşlərə başlayıb, “fəaliyyət planı” və “konkret addımlar” müzakirə edilib, sülhməramlılara tələblər çatdırılıb:

“Qarabağ gənclərinin təşəbbüs qrupu həyata keçirilməli olan fəaliyyət planı hazırlayıb və təsdiqləyib. Mən gəncləri tam dəstəkləyirəm”.

Vardanyan bir daha “heç yerə getmək niyyətində” olmadığını desə də, yaydığı “bəyanatında” tam 3 dəfə “rus sülhməramlılarından kömək gözlədiyini” vurğulayıb:

“Belə şəraitdə dəhliz tərəfimizdən istifadə edilməyəcək. Bu məsələdə güzəştə getmək olmaz. Ermənistanla məhdudiyyətsiz birbaşa və azad ünsiyyətin təmin edilməsi bizim dönməz şərtimizdir. Əgər Rusiya sülhməramlı qüvvələri və beynəlxalq ictimaiyyət heç nəyi dəyişdirə bilməsə, o zaman biz mövcud dinc və digər bütün vasitələrdən istifadə edərək soydaşlarımızın qanuni maraqlarının müdafiəsinə yönəlmiş addımlar atmaq hüququnu özümüzdə saxlayacağıq”.

Yenipress.az

Xəbər xətti