İsa Qəmbərin ermənipərəst oğluna layiq arvadı...

GÜNDƏM bölməsi

16:55 - 26 Aprel 2023

 İsa Qəmbərin ermənipərəst oğluna layiq arvadı...

Hələ ötən gündən təəccüb içindəydim: necə ola bilər ki, Zori Balayanın “Ocağ”ına yazdığı bir neçə səhifəlik, ancaq tutarlı məktubla siyasətə vəsiqə qazanan AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, tarixçi İsa Qəmbərin oğlu İlkin Qəmbər 24 apreldə qondarma “erməni soyqırımı”nı yazdığı tvitlə “anır”, qədim erməni xalqının Qafqazlarda yaşadığı və qədim dövlətçilik ənənəsinə malik olduğu saxtakarlığına şərik olur və nəinki şərik olur, bu barədə 18 dəqiqəlik “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında - Qədim tarix. Sənədli film” çəkir, bunu milyonluq səhifələrdə paylaşır…

Avropada yaşayan azərbaycanlılar İlkin Qəmbərin uzun müddətdir ermənilərə işlədiyi, onların yalan maşınına alət olduğunu təsdiqləyirlər.

Kanadaya köçəndən sonra İlkinin fəaliyyəti bundan ibarətdir!

Əlbəttə, o, hakimiyyətə qarşı mübarizə aparsa, demokratiyadan-zaddan bəhs etsə, normal qarşılamaq olardı. Ancaq Kanadaya gedən kimi dövlətçiliyimiz, millətimiz əleyhinə, ermənilərin guya bu ərazilərdə tarixən mövcudluğu barədə uydurmalara qol-qanad verən alətə çevrilməsidir dəhşətli olan.

İlkinə kim tərbiyə verib? Bunun damarlarında hansı qan axır? İsa Qəmbərinmi? Bütün həyatını Azərbaycanın milli maraqlarını qorumağa həsr edən, ermənilərin saxtakarlığına qarşı hər zaman sözünü deyən, tarixçi alim olaraq erməni yalanlarının miqyasını yaxşı bilən və bunu zaman-zaman anlatmağa çalışan, hətta hazırda da Azərbaycanın ərazi bütövlüyü istiqamətində, milli hədəflərimiz yolunda atılan addımları dəstəkləməkdən çəkinməyən İsa Qəmbərin oğlu necə bu qədər zəlil, miskin, ikiüzlü, erməni yalına tamah salan biri ola bilər?

Təəccüblüdür və bu, qətiyyən İsa Qəmbərin ailədə tərbiyə işinə nəzarət edib-etməməsindən qaynaqlanmır.

Əvvəla, ailədə tərbiyəni ana verir – ata deyil; ikincisi, bir insanın Vətəni sevməsi qandan və süddən gəlir, genetikdir.

Yəni İlkin Qəmbərin erməni yalanlarına bunca kölə olması və onu təbliğ etməsi İsa Qəmbərdən gələ bilməzdi.

Az öncə İsa Qəmbərin xanımı, İlkin Qəmbərin anası, şərqşünas alim Aida Bağırovanın “Teleqraf”a açıqlamasından həm şok oldum, həm də “ipucu” tapdım.

Aida xanım deyir ki: “Birincisi, mən nə bu filmi, nə də sözügedən məsələləri şərh edirəm; ikincisi, bu, tarixi kontentdir, yəni tarixi mövzudur”.

Birincisi, niyə şərh etmirsiniz? İki şərqşünas alimin, Azərbaycanın azadlıq mübarizəsində olan, müsavat ideyalarını daşıyan, ermənilərin yalanlarına qarşı mübarizə aparan İsa Qəmbərin övladı faktiki olaraq atasına qarşı çıxıb, atasının əqidəsini, amalını, apardığı mübarizəni, yazdığı yazıları, araşdırmalarını zibil qutusuna atıb, ermənilərin guya qədim xalq olduğu haqda nağılların tərənnümçüsünə çevrilib.

Qəmbər ailəsinin təkcə ictimai nüfuzunu deyil, onun fikrini, düşüncəsini, ideallarını ayaqlar altına atıb, yalana, şərə, böhtana, Azərbaycana qarşı iftiraya xidmət edən oğulun hesabını kim verməlidir?

İkincisi, necə yəni “tarixi kontentdir”, siz bununla nə demək istəyirsiniz?

Bu, dəhşətdir, inanılmazdır; bu, İsa Qəmbərin faciəsidir!

Erməni yalanına yal müqabilində qulluq edən İlkin Qəmbərin anası onun çəkdiyi “filmi” “tarixi kontent” adlandırırsa, demək, doğrudan da “erməni krallığı” haqda nağılları təsdiqləyir.

Bu, bir alimin bisavadlığı deyil, bu, elmə də, tarixə də, şərqşünaslığa da xəyanətdir!

Erməni Ekozyants tarixi fakt və dəlillərlə ermənilərin bu torpaqları 19-cu əsrdə köçürülüb gətirildiyini təsdiqləyir;

Sovet dövründəki erməni akademiklər özləri “qədim erməni dövləti” nağıllarını inkar edir…

İlkin Qəmbər isə erməni kilsəsinin yalanına alət olur.

Bəlkə, bu savad yiyələri Roma imperatorluğunun müdaxilə edilən xəritələrinə uyublar?

“Ərmən” ifadəsinin özünün belə bizə məxsus olduğu, alban tayfalarından bəzilərinin erməniləşdirildiyi gerçəkliklərini bir kənara qoyun. Hanı bu ərazidə “qədim erməni” izləri? Yonulub, torpağa basdırılan, İkinci Qarabağ savaşı zamanı üzə çıxardığımız “faktlar”dırmı? Bu ərazidə “krallıq” yaradan erməni izi niyə 2 əsrdən o tərəfə getmir?

Ermənilərin gəlmə olduğu həqiqətini hamı bilir, ancaq erməni yalanına oynamaq böyük dövlətlərə türkə qarşı lazımdır və bu oyunu oynayırlar.

“Erməni soyqırımı” olubmu?

ABŞ-ın eks-prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə məsləhətçisi olmuş Bryus Feynin “erməni soyqırımı” ilə bağlı məşhur açıqlaması dünyaya bəllidir.

Baxın, oxuyun, görün nə deyir:

“O zamanlar Ağ Ev Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə bağlı araşdırmalara başladı. Prezident Reyqanın tapşırığı ilə biz Avropa ölkələrinin hərbi arxivlərini və Osmanlı İmperiyasının arxivlərində araşdırmalar apardıq. Bunun nəticəsində məlum oldu ki, ermənilərin “soyqırım”la bağlı ittihamları tam olaraq əsassızdır. Guya 2 milyon erməninin öldürülməsi barədə iddialar sadəcə olaraq erməni tarixçilərinin təxəyyülünün bəhrəsidir. Sənədlərə əsasən, 1915-ci ildə türklərin özləri soyqırıma məruz qalıb. Anadoluda erməni quldur dəstələri 2,4 milyon türkü məhv ediblər.

Birinci Dünya müharibəsi zamanı ermənilər vətənləri sayılan Osmanlı İmperiyasına xəyanət etmiş və türklərin düşmənlərinə qoşulmuşlar. Ermənilər Qafqaz cəbhəsində Osmanlı İmperiyasına qarşı ruslarla yan-yana vuruşurdular. Onlar türk və gürcü kəndlərini qarət edirdilər, dinc sakinləri öldürürdülər. Bizim təhqiqatımız zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə verdilər, ümumiyyətlə, bütün dövlətlər bu məsələdə öz arxiv qapılarını bizim üzümüzə açdılar. Ermənistan tərəfi isə arxivlərini göstərməkdən imtina etdi. Mənim fikrimcə, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Onda ermənilər bütün dünyadan və xüsusilə də türklərdən üzr istəməli olacaqlar”.

İraqda gəncləri cinsi istismara məruz qoyub, üst-üstə yığdıqları yarımlüt insanlarla poza verən əsgərləri ilə fəxr edən ABŞ da, əli qana batan, Əlcəzairdə əsgərləri kəsilmiş insan başları ilə poz verən Fransa da erməni soyqırımı olmadığını çox gözəl bilir, Ermənistan da bunu yaxşı bilir! Ancaq İlkin Qəmbər saxta tarixi “ildönümdə” “anım” paylaşır?

Hansı “tarixi kontentdən” söhbət gedə bilər?

Bu, “tarixi kontent” deyil, tarixi xəyanətdir, milli xəyanətdir, 1905-ci ildən üzü bəri 1,5 milyon azərbaycanlını Quba-Şamaxı-Bakıdan Qarabağa, Güney Azərbaycana qədər qətlə yetirən erməni qaniçənlərə düşünülmüş xidmətdir.

Buna hansısa “kontent” axtarmaq isə həm də İsa Qəmbərə xəyanətdir, özünə xəyanətdir, ömrünü yalan üzərində qurduğunu, yalanla yaşadığını, saxtakarlıq etdiyini elan etməkdir.

İsa Qəmbər nöqtə qoya bilərdi bu məsələyə - etmədi, oğlundan keçə bilmir deyəsən – “bəzi fikirləri ilə razılaşmasa da”.

Əksinə, onu “40 yaşlı yetkin” adlandırır, “bir neçə istedadlı azərbaycanlının 3 milyonluq Yutub kanalı yaratmasından” fəxrlə danışır.

İlkin fəxr ediləsidirsə, onda 1992-ci ildə, İsa Qəmbər faktiki olaraq ölkəyə rəhbərlik edəndə Qarabağa göndərilib, erməni yalanları ilə döyüşüb ölənlər haqda nə düşünür? İlkindən keçə bilmir, bəs, şəhid olan minlərlə gənc? Onlar “istedadsız” idi? Ya qəsdən qırdırırdı uşaqları? Erməniyə xidmət üçün?

Kim bilməsə də, İsa Qəmbər yaxşı bilir: ermənilər elə murdardırlar ki, bu gün istifadə etdiklərini sabah nəinki zibil qabına ata, hətta doğraya da bilirlər və buna haqq qazandırmağı bacarırlar!

Övladınızı “tarixi kontent” və “istedadlı gənc” əbləhliyi ilə müdafiəyə cəhd etmək əvəzinə onu ermənilərin “birdəfəlik istifadə” vasitəsinə çevrilməkdən qorumalıydınız.

İndi artıq gecdir – o artıq istifadə olunub tullanıldı. O, artıq təkcə bizim üçün yox, ermənilər üçün də zibildir.

Zibilə yiyə durdunuz, əl vurdunuz - erməni tullantısına əliniz bulaşdı…

Şeyx Teymur

Xəbər xətti