İranda aksiyada toqquşma: 7 etirazçı öldürüldü

GÜNDƏM bölməsi

10:19 - 26 Aprel 2023

 İranda aksiyada toqquşma: 7 etirazçı öldürüldü

İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin isə yaralanıb.

Yenipress.az xəbər verir ki, məlumatı “Amerikanın səsi” radiosunun fars redaksiyası yayıb.

Bildirilib ki, rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib.

Onlar ağır yaralanıb. Buna etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər.

Bildirilib ki, hökumət qüvvələri etirazçılara odlu silahdan atəş açıb.

Məlumata görə, Fənucə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib.

Xəbər xətti