Azərbaycanda nişan mərasimində 17 nəfər zəhərləndi

GÜNDƏM bölməsi

13:43 - 24 Aprel 2023

 Azərbaycanda nişan mərasimində 17 nəfər zəhərləndi

Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib.

Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.

Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.

Xəbər xətti