Azərbaycan hərbi xərclərə görə dünyada 8-cidir - Bəs, Ermənistan?

GÜNDƏM bölməsi

12:17 - 24 Aprel 2023

 Azərbaycan hərbi xərclərə görə dünyada 8-cidir - Bəs, Ermənistan?

Mərkəzi ofisi İsveç Krallığının Stokholm şəhərində yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci ildə dünya ölkələrinin hərbi xərcələri ilə bağlı yeni hesabat yayımlayıb. Hesabatda qlobal hərbi xərclərin rekord səviyyəyə çatdığı qeyd olunub.

Məlumata görə, dünya ölkələrinin ötən il orduya xərclədiyi vəsait 2,24 trilyon dollar olub. Ümumilikdə qlobal hərbi xərclər ardıcıl səkkiz ildir ki, artır.

Yenipress.az Modern.az-a istinadən xəbər verir ki, SIPRI 2022-ci ildə Azərbaycanın əvvəlki illə müqayisədə hərbi xərclərini artırdığını açıqlayıb.

Ümumi daxili məhsulda (ÜDM) hərbi xərclərin payına görə Azərbaycan dünyada 8-ci yerdədir. Belə ki, Azərbaycan ÜDM-nin 4.5%-ni orduya xərcləyir. Bu siyahıda birinci yeri Ukrayna tutur. Kiyev ÜDM-nin 34%-ni hərbi xərclərə ayırıb.

SIPRI-nin məlumat bazasında qeyd olunub ki, Azərbaycanın hərbi xərcləri 2022-ci ildə 3 milyard dollara yaxın olub. Bu, əvvəlki illə müqayisədə 10%-dən çox artım deməkdir.

Region ölkələrindən Ermənistanda hərbi xərclər 795 milyon dollar, Gürcüstanda 360 milyon dollar təşkil edib. Bu ölkələr müvafiq olaraq ÜDM-nin 4.3 və 1.4% hissəsini orduya xərcləyiblər.

Buradan məlum olur ki, Azərbaycanın hərbi xərcləri Ermənistandan 3.7 dəfə çoxdur. Azərbaycan bu sahədə Cənubi Qafqaz ölkələri arasında liderdir.

Xəbər xətti