OCCRP-nin yeni araşdırması: Talıbovlar iki ölkədə milyonlar saxlayır - Şok

TOPLUM bölməsi

12:02 - 21 Fevral 2022

 OCCRP-nin yeni araşdırması: Talıbovlar iki ölkədə milyonlar saxlayır - Şok

Təhqiqatçı Jurnalistlərin Korrupsiyaya və Mütəşəkkil Cİnayətkarlığa qarşı Beynəlxalq Layihəsinin (OCCRP) son araşdırması Talıbovlar ailəsinin xaricdəki aktivlərinə və çirkli pullarən yuyulması ilə əlaqələrinə həsr olunub. Bu hesabatda Talıbovlara məxsus ofşor şirkətlər vasitəsilə ölkədən çıxardıqları kapitaldan bəhs edilir. Öncə qeyd edilir ki, Vasif Talıbovun illik maaşı rəsmi olaraq 26 min ABŞ dollarından da azdır. Oğulları isə azödənişli dövlət işlərində çalışırlar - Rza Talıbov Miqrasiya Xidməti rəsmisi, Seymur Talıbov isə Naxçıvan parlamentinin üzvüdür.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu açıqlama yayıb.

O bildirib ki, hesabata əsasən, Vasif Talıbovun övladları 21 436 250 ABŞ dolları qazanıb, bu pulun 9 491 250 dolları İsveçrənin “Credit Suisse” və “Bank Vontobel”, Birləşmiş Ərəb Əmirliyinin “Emirates NBD” və Britaniyanın “Barclays” banklarında Seymurun adına, 11 045 250 dolları İsveçrənin “Credit Suisse” və Birləşmiş Ərəb Əmirliyinin “Bank of Dubai” bankında Rzanın adına, 900 000 dolları Baharxanımın adına İsveçrənin “Vontobel” bankında yerləşdirilib, bundan əlavə onlar Gürcüstanda və Birləşmiş Ərəb Əmirliklərində 63 milyon dollarlıq mülk  alıblar.

Daha ətraflı BURADA.

Xəbər xətti


Digər xəbərlər