Zod istiqamətində erməni əsgər ölüb? - MN məlumat yaydı

GÜNDƏM bölməsi

16:36 - 23 Aprel 2023

 Zod istiqamətində erməni əsgər ölüb? - MN məlumat yaydı

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə Yenipress.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Bu xəbəri qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun Azərbaycan tərəfdən açılan atəş nəticəsində ölməsi ilə bağlı açıqlama yaymışdı.

Xəbər xətti