18 yaşlı əmisi oğlunu iplə boğub öldürdü

KRİMİNAL bölməsi

11:18 - 22 Aprel 2023

 18 yaşlı əmisi oğlunu iplə boğub öldürdü

Şamaxıda 29 yaşlı şəxs 18 yaşlı əmisi oğlunu qətlə yetirib.

DİN-in Mətbuat xidmətindən Yenipress.az-a bildirilib ki, aprelin 22-də rayonun Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Hacıyevin iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti