İlham Əliyev Rəisiyə məktub göndərdi, İran xalqını təbrik etdi

GÜNDƏM bölməsi

22:59 - 20 Aprel 2023

 İlham Əliyev Rəisiyə məktub göndərdi, İran xalqını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyevin Ramazan bayramı münasibəti ilə İran xalqını təbrik etdiyi bildirilir.

Yenipress.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, Ramazan bayramı münasibəti ilə Prezident İlham Əliyev ali dini lider və prezident də daxil olmaqla, İran xalqını təbrik edib, oruc tutanların ibadətinin qəbul olmasını və Allahdan ruzi-bərəkət arzulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin İran liderinə məktub göndərməsi barədə rəsmi məlumat yayılmayıb.

Xəbər xətti


Digər xəbərlər