İnanılmaz görüntülər: NASA helikopteri Marsda... - Video

İKT bölməsi

12:33 - 18 Aprel 2023

 İnanılmaz görüntülər: NASA helikopteri Marsda... - Video

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “İngenuity” helikopteri bu yaxınlarda Marsa 50-ci uçuşunu həyata keçirib.

Yenipress.az Musavat.com-a istinadən xəbər verir ki, qırmızı planetdə uçuşlar həyata keçirən kiçik helikopter aprelin 13-də 1057,09 fut (322,2 metr) məsafəni 145,7 saniyəyə qət edib. O, həmçinin təxminən 60 fut (18 metr) hündürlükdə yeni rekord qırıb.

NASA-nın Planet Elmləri Bölməsinin direktoru Lori Qleyz deyib ki, “İngenuity” komandası ilk helikopterin başqa bir dünyada uçuş əməliyyatlarını izləməyə və öyrənməyə davam edir.

“İngenuity”nin 47-ci uçuşunun görüntüləri də NASA tərəfindən yayımlanıb.

Bu, çox sadə bir iş kimi görünə bilər. Ancaq nəzərə alsaq ki, 2021-ci ilə qədər başqa bir planetdə motorlu nəqliyyat vasitəsi ilə heç bir uçuş həyata keçirməyib, bu baxımdan Marsda bir helikopterin uçması bəşəriyyət üçün böyük nailiyyətdir.

Eksperimental robot olan “İngenuity” helikopteri mühəndislərin gözləntilərini xeyli üstələyib. Bu layihəyə hazırlaşarkən NASA Marsda bir dəfə uça biləcəyinə ümid edirdi, lakin helikopter 50 uçuş edib.

NASA vurğulayır ki, “İngenuity” hər dəfə havaya qalxdıqda əvvəlki missiyalarında olmayan performans sərgiləyir.

Bununla belə, helikopterin dünyadan kənar səyahəti daha da təhlükəli olur. Robot bir vaxtlar zəngin çay deltasına ev sahibliyi edən Marsın Jezero kraterindən keçir. Amma həmin torpaq artıq düz deyil. NASA-nın “İngenuity” əməliyyatlarının lideri Coş Andersonun sözlərinə görə, NASA mühəndisləri helikopteri qum təpələri, qayalıqlar və təpələrlə əhatə olunmuş əraziyə aparıblar: "Biz artıq Marsın Kanzasında deyilik". (Burada bəhs edilən Kanzas düzənlik kimi hamar torpaqdır - red.)

Xəbər xətti