Bakıda 3 universitetin tələbələri dalaşdı: saxlanılanlar var

KRİMİNAL bölməsi

17:31 - 17 Aprel 2023

 Bakıda 3 universitetin tələbələri dalaşdı: saxlanılanlar var

Bakıda tələbələr arasında dava olub, xuliqanlıq hərəkətləri törədilib.

Yenipress.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən Qafqazinfo-ya bildirilib ki, bu gün 2003-cü il təvəllüdlü tələbəyə kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, müxtəlif ali təhsil müəsissələrindən olan bir neçə tələbə saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Faktla bağlı Nərimanov RPİ-də xuliqanlıq ittihamı ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı 3 universitetin tələbələri davaya qarışıb. Xəsarət alan tələbə hazırda xəstəxanadadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəbər xətti