Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir: Telefon danışığı gözlənilir

DÜNYA bölməsi

21:36 - 20 Fevral 2022

 Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir: Telefon danışığı gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə yaxın müddətdə telefon əlaqəsi yaratmağı düşünür.

Yenipress.az verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

O bildirib ki, Ərdoğan Putinlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək istəyir:

“Rusiya və Ukrayna rəhbərlərinin görüşünün təşkil edilməsi ilə bağlı Prezidentimizin təklifi krizisdən çıxmaq üçün ən vacib və konkret təklifdir. Sözügedən görüşü təşkil etməklə bağlı Prezidentimizin cəhdləri davam edir. Ukraynaya səfiri zamanı Prezident Vladimir Zelenski ilə bunu müzakirə etdi. Həmçinin bu məsələni cənab Putinlə də danışıb. Yaxın vaxtlarda Putinlə daha bir telefon danışığı olacaq və bu məsələ bir daha qaldırılacaq”.

İ.Kalın vurğulayıb ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə əlaqədədirlər və Putinin türkiyə səfərinin hazırlıq prosesini davam etdirirlər.

Xəbər xətti