Zülfiyyə Xanbabayevanın qızı NASA-nın mükafatını qazandı

MAQAZİN bölməsi

14:07 - 12 Aprel 2023

 Zülfiyyə Xanbabayevanın qızı NASA-nın mükafatını qazandı

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dəniz Amerikada NASA-nın müsabəsində iştirak edərək mükafat qazanıb.

Yenipress.az xəbər verir ki, xalq artisti bununla bağlı sosial şəbəkədə paylaşım edib.

"Bütün komandanı və onun üzvü olan Dənizimi ürəkdən təbrik edirəm! ABŞ-də NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq Azərbaycandan istedadlı gənclər qatılıblar və mükafata layiq görülərək Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun", - deyə sənətçi paylaşımda qeyd edib.

Xəbər xətti


Digər xəbərlər