Əli Kərimli yenə erməni mediasını bəzədi

GÜNDƏM bölməsi

01:13 - 20 Fevral 2022

 Əli Kərimli yenə erməni mediasını bəzədi

AXCP sədri Əli Kərimlinin bu gün verdiyi bəyanat erməni mediasında əsas xəbərlərdən birinə çevrilib.

Yenipress.az xəbər verir ki, Əli Kərimli “növbəti dövlət çevrilişi imitasiyasının hazırlandığı” haqda açıqlama verib.

O bildirib ki, bunda hakimiyyətin məqsədi öz hüquqlarını tələb edən insanlara, o cümlədən müxalifətə təzyiqi artırmaqdır:

“İlkin olaraq “Azərbaycan üçün Kazaxıstan ssenarisi” adlanan planda istənilən sosial etiraz hakimiyyətin agentləri tərəfindən sabitliyi zor gücünə pozmaya çevriləcək. Nəticədə sadə vətəndaşlar və müxalifət kütləvi repressiyalarla üzləşəcək”.

Qeyd edək ki, erməni mediası Əli Kərimlinin ölkədə repressiyaların baş verməsi ilə bağlı bu açıqlamasından sui-istifadə edirlər. Bununla Azərbaycanın antidemokratik imicini formalaşdırmağa çalışırlar.

Hazırda Ermənistanın əsas istəyi də Azərbaycana “demokratiya təzyiqi” üçün zəmin hazırlamaqdan ibarətdir.

Xəbər xətti


Digər xəbərlər