Lala yenidən qayıtdı

İKT bölməsi

10:39 - 11 Aprel 2023

 Lala yenidən qayıtdı

Azərbaycanın ilk təkmil botu - Lala, süni intellektin inkişafı ilə yenidən canlanıb.

Yenipress.az xəbər verir ki, bu barədə bu sözləri bloger Fərid Pərdəşünas öz Feysbuk hesabında paylaşıb.

“Lala 2.0 bu dəqiqələrdən artıq aktivdir. Hazırda ChatGPT 3.5 əsasında çalışan və Azərbaycan dilini dərindən mənimsəyən Lala, yaxın günlərdə GPT4-ə keçid edəcək. Lala eyni zamanda rəqəmsal "influencer" olaraq fəaliyyətə başlayır. Feysbuk Messencer-də, eyni zamanda Teleqram kanalında Lala ilə danışa bilərsiniz”, - deyə o qeyd edib.

Yenipress.az

Xəbər xətti